İmanyar Quliyev: Builki sərgi kreativliyi və iştirakçıların rəğbəti ilə yadda qalacaq
26.10.2026 [18:22]
Xəbərin mətni
XII Bakı Beynəlxalq Kitab Sərgilərinin inkişafını hər il izləmişəm və bu sərgilərin hər birində iştirak etmişəm. Builki kitab sərgisi həm nəşriyyatların fəallığı, təşkilatçılıq və stendlərin vizual-kreativ tərtibatı, həm də iştirakçıların sayı və göstərdikləri böyük maraq baxımından, bəlkə də, ən uğurlu tədbirlərdən biri oldu. Bunu AZƏRTAC-a açıqlamasında “Libra Kitab” nəşriyyatının baş redaktoru İmanyar Quliyev deyib.