Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum

27.10.2026 [20:33]

Xəbərin mətni

Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli final görüşündəki məğlubiyyətini öz səhvləri ilə əlaqələndirib. AZƏRTAC-ın müxbiri xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində Ermənistan təmsilçisi Karen Aslanyana məğlub olan idmançımız yarışdan sonra jurnalistlərə açıqlama verib.