Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir

02.11.2026 [19:04]

Xəbərin mətni

Vətənpərvərlik tərbiyəsi təhsil prosesinin mühüm istiqamətlərindən biridir. Məktəbin vəzifəsi yalnız bilikli, müasir bacarıq və səriştələrə malik məzunlar yetişdirməklə məhdudlaşmır, eyni zamanda? milli-mənəvi dəyərlərə bağlı, Vətəninin tarixini və milli kimliyini dərindən bilən vətəndaşlar formalaşdırmaqdan ibarətdir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sitarə Abbasova deyib.