Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir
02.11.2026 [19:06]
Xəbərin mətni
Vətənpərvərlik insanın doğma torpağına, xalqına və dövlətinə bağlılığını ifadə edən mühüm milli-mənəvi dəyərdir. Məktəbin əsas məqsədlərindən biri də şagirdlərə yalnız bilik və bacarıqlar aşılamaq deyil, eyni zamanda, Vətənini sevən, milli dəyərlərinə hörmətlə yanaşan vətəndaşlar yetişdirməkdir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Naidə İbrahimova bildirib.