Vüqar Gülməmmədov: Gömrük rüsumları üzrə proqnozlaşdırılan məbləğin 30 milyon manatı yığımların payına düşür
04.11.2026 [18:19]
Növbəti il üçün Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6 milyard 868 milyon manat nəzərdə tutulub. 2027-ci il üçün idxal həcminin 32,2 milyard manata yüksələcəyi, bu sahədə güzəşt və azadolmaların tətbiq edilməsinin daxilolmalara azaldıcı təsir edəcəyi şəraitdə növbəti il üçün Gömrük Komitəsi xətti ilə təmin edilməli gəlirlərin idxal həcminə nisbəti əvvəlki ilin faktiki göstəricisi ilə müqayisədə 0,6 faiz bəndi yuxarı, cari ilin proqnozu ilə müqayisədə 0,3 faiz bəndi aşağı proqnozlaşdırılıb. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.