“AIREX 2026” iştirakçısı: Bu sərgi xarici investorların regionun potensialını yaxından tanıması üçün əhəmiyyətli platformadır
04.11.2026 [18:21]
Xəbərin mətni
Qarabağın yenidən qurulması istiqamətində həyata keçirilən layihələr beynəlxalq memarlıq və şəhərsalma ictimaiyyətinin diqqətini cəlb edir. Bu layihələr Azərbaycanın inkişafı ilə yanaşı, xarici investorlar üçün də yeni imkanlar yaradır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Architects” şirkətinin nümayəndəsi Ayten Paşayiğit “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində bildirib.