Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metyu Brayza: Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək – ŞƏRH

04.11.2026 [18:22]

Xəbərin mətni

ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin Prezident Donald Trampın xarici siyasətinə, o cümlədən Vaşinqtonun Cənubi Qafqaza yanaşmasına ciddi təsir göstərəcəyi gözlənilmir. Demokratlar Partiyası Konqresin hər iki palatasına nəzarəti ələ keçirsə belə, bu, ABŞ-nin regiona münasibətində dəyişikliklərə səbəb olmayacaq. Bu barədə AZƏRTAC-a Ceymstaun Fondunun Direktorlar Şurasının üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza bildirib.