Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macar nazir: Yerli icmalar planlaşdırma və qərar qəbuletmə mərhələlərində iştirak etməlidirlər

05.11.2026 [15:50]

Xəbərin mətni

Kənd yerləri və kiçik yaşayış məntəqələri çox vaxt özünəməxsus problemlərlə üzləşirlər. Bunlara əhalinin azalması, dövlət xidmətlərinin əlçatanlığının məhdud olması, nəqliyyat çətinlikləri və yerli sahibkarların bazarlara çıxış imkanlarının məhdudluğu daxildir. Bunu Macarıstanın kənd və şəhərsalma naziri Viktoria Lőrincz Bakıda keçirilən “İdarəetmənin gələcəyi: Baxış, missiya və transformasiya” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.