Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb
13.11.2026 [17:43]
Xəbərin mətni
Xankəndidə həyətlərin birində göyərçinlərə dən verən, onlarla sanki söhbət edirmiş kimi əzizləyən yaşlı kişi diqqətimizi çəkir. Quşlara xüsusi qayğı ilə yanaşan bu insanın onlarla bağlı maraqlı bir hekayəsi var. Məlum olur ki, o, 38 il əvvəl Xankəndini tərk edərkən göyərçinlərini də özü ilə aparıb. Köçkünlük illərində harada yaşamasından asılı olmayaraq quşlarını qoruyub saxlayıb, onların nəslini davam etdirib. İndi isə illər əvvəl ayrıldığı doğma şəhərə qayıdarkən göyərçinləri də özü ilə gətirib.