Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq

15.11.2026 [13:51]

Xəbərin mətni

Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq. Xüsusilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə aktiv dialoqdayıq, beynəlxalq, ikili diplom proqramı həyata keçiririk. Qardaş ölkənin digər ali təhsil ocaqları ilə də sıx əlaqələrdə maraqlıyıq. Bu fikri Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin Ege Universitetinin rektoru, professor Musa Alcı səsləndirib.