Taleh Kazımov: 2027-ci ilin sonunda ümumi daxili məhsulun artımının 2,3 faiz olacağı gözlənilir
16.11.2026 [13:37]
Xəbərin mətni
Qlobal iqtisadi şəraitdə olan çağırışlara baxmayaraq, bizim iqtisadi artımımız davam edib. Cari ilin 10 ayının nəticələrinə əsasən, iqtisadi artım 1,7 faiz təşkil edib. Qeyri-neft ümumi daxili məhsulun artımı isə 2,9 faiz səviyyəsində formalaşıb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.