Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maliyyə naziri: Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur

16.11.2026 [15:34]

Xəbərin mətni

Azərbaycanın dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamika qorunur. Belə ki, 2026-cı ilin 1 oktyabr tarixinə dövlət borcu 23,9 milyard manat və ya illik ÜDM-in 17,3 faizi səviyyəsində olub. Bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.