Yalçın Camalov: Müasir texnologiyaların və innovasiyaların tətbiqi yeni təsərrüfatların yaradılmasına şərait yaradır
19.11.2026 [13:09]
Aqrar Kredit və İnkişaf Agentliy kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, investisiya aktivliyinin artırılması və aqrar sahədə sahibkarlığın inkişafı istiqamətində dövlət dəstəyi mexanizmlərini həyata keçirir. Agentliyin kredit, güzəştli kreditlər, mikrokredit, lizinq alətləri və müxtəlif təyinatlı subsidiya dövlət dəstəyi mexanizmləri fermerlərin, aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal imkanlarını genişləndirir. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel sessiyada çıxış edərkən deyib.