İDMAN


AVRO-2016: Rumıniya İsveçrə ilə heç-heçə etdi

Futbol üzrə Avropa çempionatının A qrupunda Rumıniya və İsveçrə komandaları qarşılaşıb. AZƏRTAC xəbər verir ki, oyunun birinci hissəsi rumın yığmasının qələbəsi ilə başa çatıb. İlk hissədə yeganə qolu 18 dəqiqədə Boqdan Stanku penalti ilə vurub. İkinci hissədə hesab bərabərləşib. Admir Mehmedi 57-ci dəqiqədə İsveçrənin bərabərlik qolunu vurub və oyun bu hesabla da başa çatıb.