CƏMİYYƏT


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə avqustun 15-dən 19-dək ixtisas seçimi aparılır. İmtahanların nəticələrinə görə ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.