CƏMİYYƏT


Bakıdan olan gənc qız müəllimlik fəaliyyətinə ucqar dağ kəndində başlayıb

Bakı şəhər sakini Elnarə Həsənova yeni tədris ilində ilk dəfə şagirdlər önünə çıxan gənc müəllimlərdəndir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə yüksək nəticə göstərən Elnarə Həsənova işləmək üçün Şabran rayonunun ucqar kəndlərindən biri olan Zeyvəni seçib.