CƏMİYYƏT


Azərbaycanda ilk əczaçılıq zavodunun təməli qoyulub

Pirallahı Sənaye Parkında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulskinin iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətinə daxil olan “AR-Pharm” MMC şirkətləri arasında “Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb.