İDMAN


Kikboksçumuz Pərviz Abdullayev növbəti qələbəsini qazanıb

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb. AZƏRTAC xəbər verir ki, idmançımız ABŞ-ın Los-Anceles şəhərində keçirilən “ACB KB-12” turniri çərçivəsində qüvvəsini sınayıb. Turnirdə 77 kiloqram çəki dərəcəsində çıxış edən P.Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. Pərviz üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib. O, sonuncu hissədə rəqibini texniki nokautla məğlub edib.