SİYASƏT


Astanada “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı keçirilir

Noyabrın 27-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor müavini Мahmud Kasımbekov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və başqaları iştirak edirlər.