SİYASƏT


Yaqub Mahmudov: ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana təzyiq göstərməlidirlər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti şəkildə bildirməlidirlər. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibəsində deyib.