İDMAN


“Qarabağ” klubu Romada

Ağdamın “Qarabağ” klubunun futbolçuları UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyunlarını keçirmək üçün İtaliyaya gəliblər. AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçilərinin İtaliya paytaxtında yerləşdikləri “Parco dei Principi” otelinin qarşısında bir qrup azərbaycanlı gənc “Qarabağ”ın futbolçularını coşqu ilə qarşılayıb. Gənclər milli musiqimizin sədaları altında əzəli torpağımız olan Qarabağ, eləcə də futbol klubu ilə bağlı şüarlar səsləndirərək, komandamıza dəstək nümayiş etdiriblər.