SİYASƏT


Vyanada ATƏT-in Nazirlər Şurasının illik iclası keçirilir

Dekabrın 7-də Avstriyanın paytaxtı Vyanada ATƏT-in Nazirlər Şurasının 24-cü iclası işə başlayıb. AZƏRTAC xəbər verir ki, bu il ATƏT-ə sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun dəvəti ilə baş tutan ikigünlük toplantıda ATƏT məkanı ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri iştirak edirlər. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.