SİYASƏT


Ulu Öndərin vəfatının ildönümü İspaniyada qeyd olunub

Dekabrın 11-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində yerləşən Kolon Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə İspaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, İspaniya parlamentinin, ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və Madriddə yaşayan azərbaycanlılar iştirak ediblər.