QAN YADDAŞI


Litvada Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib

Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində, Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş fləşmob keçiriblər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir Vilnüs sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və meriyanın qarşısında baş tutub.