Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaz fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb

09.03.2018 [19:18]

Xəbərin mətni
Yaz fəsli Azərbaycana martın 20-si saat 20:15:30-da gələcək. Baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir. Həmin vaxt Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir.