Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb
12.03.2018 [19:40]
Xəbərin mətni
Martın 12-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tseretelinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT PA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.