Anadolu agentliyinin və TRT telekanalının rəhbərləri AZƏRTAC-da olublar
14.03.2018 [20:49]
Xəbərin mətni
Türkiyənin Anadolu agentliyinin baş direktoru Şenol Kazancı və TRT telekanalının rəhbəri İbrahim Eren AZƏRTAC-da olublar.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən media sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Qeyd olunub ki, AZƏRTAC və Anadolu uzun illərdir həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.