Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İspaniyadakı səfiri Barselonada yaşayan və təhsil alan həmvətənlərimizlə görüşüb

29.03.2018 [11:17]

Xəbərin mətni
Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Barselona şəhərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Barselonada yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov XIX-XX əsrlərdə ermənilər tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti barədə məlumat verib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI