Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub

31.03.2018 [15:10]

Xəbərin mətni
Martın 31-də Ombudsman Aparatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali təhsil müəssisələrinin, media qurumlarının rəhbərlərinin, hüquq ictimaiyyətinin təmsilçilərinin, alimlərin iştirak etdikləri tədbirdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub.