Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilib

31.03.2018 [18:10]

Xəbərin mətni
Martın 31-də Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Soyqırımlarının dərsləri” mövzusunda keçirilən konfrans “Quba soyqırımı” filminin nümayişi ilə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI