Qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxs zərərsizləşdirib
02.04.2018 [13:59]
Xəbərin mətni
Paytaxtın qadın sakini martın 30-da Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxsin ona qarşı zor tətbiq edərək cibindəki mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərdiyini bildirib. Polis əməkdaşlarının çevikliyi sayəsində həmin cinayəti törədən şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Axundov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü polis şöbəsinə təhvil verilib.