Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda ilk dəfə səs verəcək gənclər seçki prosedurları haqqında maarifləndirilib

06.04.2018 [19:15]

Xəbərin mətni
Şimal bölgəsində Azərbaycan Respublikası prezidenti seçkilərində ilk dəfə səs verəcək 300 nəfərdən çox gənc seçki prosedurları haqqında ətraflı məlumatlandırılıb. Aprelin 6-da Xaçmaz şəhərində keçirilən ilk dəfə səs verəcək gənclərin Quba-Xaçmaz bölgəsi üzrə regional forumunda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan gənclər iştirak ediblər.