Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda əcnəbi vətəndaşlar külli miqdarda saxta pulu dəyişməyə cəhd ediblər

02.05.2018 [12:30]

Xəbərin mətni
Bakıda banklardan birində 18900 saxta ABŞ dolları dəyişmək istəyən əcnəbi vətəndaşlar saxlanılıb. Yasamal rayonu Şərifzadə küçəsində yerləşən banklardan birinin filialında 3 əcnəbi ölkə vətəndaşı külli miqdarda saxta ABŞ dolları dəyişməyə cəhd göstərib.