MƏDƏNİYYƏT


İstanbulda “Bir millət, iki dövlət” şüarı ilə konsert olub

İstanbulda fəaliyyət göstərən Mərmərə Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert keçirilib. AZƏRTAC xəbər verir ki, “Bir millət, iki dövlət” şüarı ilə keçirilən tədbir İstanbuldakı baş konsulluğumuz, Mərmərə Universiteti və Azərbaycanın Mədəniyyətini Yaşatma Dərnəyi tərəfindən birgə təşkil olunub.