Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov Bakıda yad olunub

15.05.2018 [19:57]

Xəbərin mətni
Mayın 15-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakı ofisində türk dünyasının böyük yazıçısı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun 90 illiyinə həsr edilmiş tədbir keçirilib. Milli Məclisin deputatlarının, tanınmış ictimai-siyasi xadimlərin, elm və mədəniyyət adamlarının qatıldığı tədbirdə əvvəlcə Çingiz Aytmatova həsr olunmuş fotosərgiyə baxılıb.