Xaçmazda müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi açılıb
13.06.2018 [18:16]
Xəbərin mətni
Xaçmaz Dövlət Rəsm Qalereyasında Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində təşkil olunan sərgidə 70-dən çox rəsm əsəri və dekorativ toxuma işləri nümayiş etdirilir.