MƏDƏNİYYƏT


Özbəkistanın “Zor TV” kanalında Xalq Artisti Zeynəb Xanlarova haqqında veriliş yayımlanıb

Verilişdə qeyd edilib ki, “Mehr gözdə” adlı proqramın müəllifi və aparıcısı Asror Abrorxocayev Bakıda olub və Zeynəb Xanlarova ilə görüşüb. Verilişdə müəllifin Zeynəb Xanlarova ilə görüşdə aldığı müsahibə yayımlanıb və böyük sənətkarın Daşkənddəki konsertlərini və unudulmaz mahnılarını əks etdirən kadrlar təqdim olunub.