Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan telekanalında Azərbaycanın Xalq Artisti haqqında veriliş yayımlanıb

23.06.2018 [13:14]

Xəbərin mətni
Özbəkistanin Zor TV kanalında Azərbaycanın Xalq Artisti, Səmərqəndin “Şərq təranələri” I Beynəlxalq Musiqi Festivalının (1997) “Qran-Pri” mükafatının sahibi Simarə İmanova və bu ilin mart ayında Bakıda keçirilmiş “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının Özbəkistandan olan laureati İlyas Ərəbov haqqında özbək dilində veriliş yayımlanıb.