MƏDƏNİYYƏT


İlisu kəndi özünəməxsus memarlıq xüsusiyyətlərinə malikdir

Xalqımızın malik olduğu zəngin mədəni irsin mühafizəsi, inkişaf etdirilməsi ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin əsas tərkib hissələrindəndir. Qax rayonunda 2002-ci ildən fəaliyyət göstərən İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu bu ərazidə yerləşən İlisu, Ağçay və Sarıbaş kəndlərinin özünəməxsus memarlıq simasının, tarix və mədəniyyət abidələrinin qorunub saxlanılmasına, ölkə və dünya ictimaiyyətinə tanıdılmasına öz töhfəsini verməkdədir.