MƏDƏNİYYƏT


Bakıda TÜRKSOY-un 25 illiyinə həsr edilən konsert proqramı təqdim olunub

İyunun 29-da R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 25 illiyinə həsr olunmuş “Türk dünyasının inciləri” adlı konsert proqramı təqdim olunub. AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış dən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın yubileyi münasibətilə keçirilən tədbirin türk xalqlarının möhkəm dostluğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.