Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bölgələrdən bölgələrə” Göygöldə

23.07.2018 [15:25]

Xəbərin mətni
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Göygöl rayonu olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsl mədəniyyət bayramına çevrilən festival "100 illik tariximiz” devizi altında təşkil olunub.