İDMAN


“GymBala” beynəlxalq turnirinin ilk mükafatçıları müəyyənləşib

Avqustun 18-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinin ilk qalibləri müəyyənləşib. AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək yarışların birinci günündə fərdi hərəkətlər proqramında 2011-2013-cü il təvəllüdlü balalar kateqoriyasında çoxnövçülük üzrə qaliblər mükafatlandırılıb.