AMEA-da Çin Tədqiqatları Mərkəzi fəaliyyətə başlayacaq
24.10.2018 [11:03]
Xəbərin mətni
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində Çin Tədqiqatları Mərkəzi fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, mərkəzin açılmasına dair anlaşma memorandumu AMEA-nın vitse-prezidenti, institutun direktoru İsa Həbibbəylinin Çinə səfəri zamanı imzalanıb.