"İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda müzakirələr aparılır
31.10.2018 [14:27]
Xəbərin mətni
Bakıda Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizmi ilə bağlı beynəlxalq təcrübənin və hazırlanacaq normativ sənədlərlə əlaqədar birgə müzakirələrin aparılmasıdır.