ELM VƏ TƏHSİL


Dövlət Proqramı çərçivəsində ölkəmizdə beş beynəlxalq ikili diplom proqramı təsis olunacaq

Noyabrın 21-də Təhsil Nazirliyində “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə bağlı mətbuat konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb.