ELM VƏ TƏHSİL


Azərbaycan tələbələrinin II qurultayı keçirilib

Qurultayda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxudu.