CƏMİYYƏT


Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələndi

Paytaxtın Nərimanov və Nizami rayonlarında yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Nərimanov və Nizami Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib.