ELM VƏ TƏHSİL


Media nümayəndələri AzMİU-da imtahanların gedişini izləyiblər

Yanvarın 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ilinin payız semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil olunub. AZƏRTAC xəbər verir ki, mediaturda universitetin rəhbərliyi, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri, təhsil ekspertləri və KİV-lərin təmsilçiləri iştirak ediblər. Mediatur təhsilin keyfiyyətinin artırılması və neqativ halların aradan qaldırılması, eləcə də imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə təşkil olunub.