QAN YADDAŞI


AZƏRTAC-ın kollektivi Qanlı Yanvar faciəsinin 29-cu ildönümünü qeyd edib

Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, bu qırğına bais olmuş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb.