Azərbaycan Dövlət İnformasiya Agentliyi

5 bal gücündə baş verən zəlzələ Şamaxıda ciddi fəsadlara səbəb olub

06.02.2019 [15:50]

Xəbərin mətni
Fevralın 5-də gecə saat 23:31 radələrində Pirquludan 11 kilometr İsmayıllı istiqamətində təxminən 5 bal gücündə baş verən zəlzələ ciddi fəsadlara səbəb olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dağıntılara məruz qalan evlərə, ərazilərə baxış keçiriblər.